ABŞ-da ticarət mərkəzində afroamerikalılar atəşə tutulub, 4 nəfər ölüb - YENİLƏNİB

ABŞ-da ticarət mərkəzində afroamerikalılar atəşə tutulub, 4 nəfər ölüb - YENİLƏNİB
# 27 avqust 2023 09:01 (UTC +04:00)

ABŞ-ın Florida ştatının Ceksonvil şəhərində atışma nəticəsində 4 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə "Reuters" agentliyi Ceksonvil şəhərinin meri Donn Diqana istinadən məlumat yayıb.

Silahlı şəxs "Dollar General" ticarət mərkəzindəkiləri atəşə tutub. Hadisə yerinə xüsusi təyinatlılar cəlb olunub, silahlı şəxs öldürülüb.

Şəhər polis rəisi bildirib ki, cinayət afroamerikalılara nifrət zəminində baş verib, silahlı şəxs ticarət mərkəzində məhz afroamerikalıları atəşə tutub.

***

saat 01.39

ABŞ-də silahlı insident olub.

APA xəbər verir ki, bu barədə WJXT telekanlı məlumat yayəb.

Florida ştatının Ceksonvil şəhərindəki "Dollar General" mağazasında baş verən atışma nəticəsində bir neçə nəfər ölüb.

Hadisəni törədənin öldüyü güman edilir.

Ölən və yarlananların sayı barədə hələlik məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR