ABŞ-ın İsrailə döyüş qüvvələri göndərmək niyyəti yoxdur

ABŞ-ın vitse-prezidenti Kamala Harris

© APA | ABŞ-ın vitse-prezidenti Kamala Harris

# 30 oktyabr 2023 12:33 (UTC +04:00)

"ABŞ-ın İsrail və ya Qəzzaya döyüş qüvvələri göndərmək niyyəti yoxdur".


APA CNN-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Kamala Harris CBS-də yayımlanan "60 Minutes" proqramına müsahibəsində bildirib.
"Bizim İsrailə və ya Qəzzaya döyüş qoşunları göndərməklə bağlı qətiyyən heç bir niyyətimiz və planımız yoxdur".


Vitse-prezident İsrailin özünü müdafiə etmək hüququnu dəstəklədiyini deyib və eyni zamanda mülki şəxslərin müdafiəsinə çağırış edib.
"Əksər hesablamalara görə, ən azı 1400 israilli öldürülüb. İsrailin özünü müdafiə etmək hüququ sual oluna bilməz. Eyni zamanda HAMAS və Fələstinlilərin eyniləşdirilməməsi çox vacibdir. Fələstinlilər təhlükəsizlik, öz müqəddəratını təyinetmə və ləyaqətlə bağlı eyni yanaşmaya layiqdirlər və biz çox açıq şəkildə bəyan etmişik ki, müharibə qaydalarına əməl olunmalıdır və humanitar yardımın keçidinə icazə verilməlidir", - Kamal Harris vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR