ABŞ-ın Yaxın Şərqdəki mövqeləri üçün əsas təhlükə açıqlanıb

ABŞ-ın Yaxın Şərqdəki mövqeləri üçün əsas təhlükə açıqlanıb
# 13 avqust 2023 15:20 (UTC +04:00)

Rusiyanın Livanda artan nüfuzu ABŞ-ın Yaxın Şərq regionundakı mövqelərini və maraqlarını ciddi şəkildə təhdid edir.

APA xəbər verir ki, “Newsweek” jurnalının jurnalistləri bütün bu ölkələrin ekspert və diplomatlarından müsahibə aldıqdan sonra bu qənaətə gəliblər.

“Strateji cəhətdən yerləşən bu kiçik Aralıq dənizi ölkəsində daha əhəmiyyətli iştirak Moskvaya potensial olaraq yeni limanlara və ticarət bazarlarına çıxış imkanı verəcək və Qərbin sanksiyalarından qaçmağa kömək edəcək. Bundan əlavə, Rusiya beynəlxalq platformalarda öz mövqelərini dəstəkləmək üçün əlavə tərəfdaş alacaq” - materialda qeyd olunub.

Jurnalistlər qeyd ediblər ki, ABŞ prezidenti Co Baydenin administrasiyası Ukrayna məsələsində Vladimir Putinə qarşı durmağa diqqət yetirdiyi halda, Kreml “Livana gizli qayğı göstərməkdə” davam edir, bununla da öz geosiyasi maraqlarını həyata keçirir.

Bu səylər Rusiyanın Suriyada güclənməsi, Əlcəzair və Misir kimi Şimali Afrika dövlətləri, eləcə də İran və Səudiyyə Ərəbistanı kimi körfəz dövlətləri ilə əlaqələri gücləndirməsi ilə özünü göstərir.

“Livan üçün Rusiyanın enerji resurslarının bu ölkə vasitəsilə ixracı davam edən iqtisadi böhran şəraitində ciddi infrastruktur problemlərini həll edə bilər. Lakin Rusiya üçün əsas məqsədə çevrilən ABŞ-ı regiondan daha da sıxışdırmaq Beyrutun Vaşinqtonla uzunmüddətli əlaqələrini zəiflədəcək, bu da Livan üçün ciddi problemə çevriləcək”, - Newsweek məqaləsində qeyd olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR