Ağ Ev: ABŞ Ukrayna Silahlı Qüvvələrinin istənilən baş komandanı ilə işləməyə hazırdır

Ağ Ev: ABŞ Ukrayna Silahlı Qüvvələrinin istənilən baş komandanı ilə işləməyə hazırdır
# 09 fevral 2024 00:49 (UTC +04:00)

ABŞ Ukrayna Silahlı Qüvvələrinin istənilən baş komandanı ilə işləməyə hazırdır.

APA-nın məlumatına görə, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının istefası ilə bağlı sualı cavablandıran Kirbi vurğulayıb ki, “hərbi rəhbərliklə bağlı qərarlar” Ukrayna prezidenti Vladimir Zelenski tərəfindən verilir.

“Silahlı qüvvələrə kim təyin edilsə, biz onunla işləyəcəyik. Biz ukraynalı həmkarlarımızla işləməyə davam edəcəyik”, – Ağ Evin sözçüsü bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR