Ağ Ev: İran 6 milyard dolları hərbi ehtiyaclara xərcləyə bilməz

Ağ Ev: İran 6 milyard dolları hərbi ehtiyaclara xərcləyə bilməz
# 11 avqust 2023 23:52 (UTC +04:00)

ABŞ İranın məhbus mübadiləsi müqaviləsi çərçivəsində aldığı pula nəzarət edəcək və onun hərbi məqsədlər üçün istifadəsinə icazə verməyəcək.

APA xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“İranın bu pulla nə edə biləcəyinə dair ciddi məhdudiyyətlər olacaq”, o, Tehranın məhbus mübadiləsinin qarşılığı kimi Vaşinqtonun ödədiyi vəsaitin hərbi məqsədlər üçün istifadə edilməsi ehtimalına dair suala cavabında bildirib.

"Maliyyə Nazirliyi tərəfindən ciddi nəzarət prosesi olacaq. Yekunda biz bu pulların hara və nəyə getdiyini açıq şəkildə görəcəyik" – Kirbi vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR