Lənkəranda mal-qara oğurluğu ilə məşğul olan şəxslər yaxalanıb

Lənkəranda mal-qara oğurluğu ilə məşğul olan şəxslər yaxalanıb
# 31 iyul 2016 23:07 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda mal-qara oğurluğu ilə məşğul olan şəxslər yaxalanıb.


Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən (ŞRPŞ) APA-nın cənub bürosuna verilən məlumata görə, rayonun Şilavar kənd sakinləri Fərhad Abbasov, İdris Ağayev, Ağarza Hüseynov, Mehriban Hüseynova, Təvəkkül Qurbanov, Lənkəran şəhər sakini Seyidəli İsgəndərov və digərləri polis şöbəsinə ərizə ilə müraciət edərək, ayrı-ayrı vaxtlarda onlara məxsus xeyli sayda iribuynuzlu və xırda buynuzlu mal-qaranın naməlum şəxslər tərəfindən oğurlandığını bildiriblər.


Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəranın Şilavar kənd sakini, 1965-ci il təvəllüdlü Qəhrəman Nəzər oğlu Zəkiyev, onun oğlu, 1994-cü il təvəllüdlü Seymur Zəkizadə və həmkəndlisi Tural Ceyhun oğlu Ağazadə şübhəli şəxs qismində saxlanılıb. İlkin araşdırmalardan onların hər üçünün qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək özgə əmlakını taladıqları sübuta yetirilib. Həmçinin hər üç saxlanılan şəxsin zərərçəkənlərə xeyli miqdarda maddi ziyan vurduqları da müəyyənləşdirilib. Oğurlanmış mal-qaranın müəyyən qismi sahiblərinə qaytarılıb.


Lənkəran Rayon Məhkəməsinin qərarı ilə saxlanılan şəxslər barəsində 3 ay müddətinə həbs qəti-imkan tədbiri seçilib.


Faktla bağlı Lənkəran ŞRPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR