Ötən ay Təhsil Nazirliyinə vətəndaşlar tərəfindən 15 mindən çox müraciət daxil olub

Ötən ay Təhsil Nazirliyinə vətəndaşlar tərəfindən 15 mindən çox müraciət daxil olub
# 02 noyabr 2016 12:23 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2016-cı ilin oktyabr ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, qeyd olunan müddət ərzində Vətəndaşlarla iş bölməsinə 15 512 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 11 425 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,6 dəfə çox, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çox, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2 dəfə az) qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 4 087 vətəndaşa xidmət göstərilib.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 971 sənəd (634 ərizə, 863 məktub, 474 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlər daha çox müəllimlərin işə qəbulu, ümumi təhsil müəssisələrində uşaqların yerdəyişməsi, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), tələbələrin yerli ali təhsil müəssisələrinə köçürülməsi və bərpası, təhsil haqqından azad olunma ilə bağlı məsələləri əhatə edib.

Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin bazar ertəsi (3 188 zəng) və çərşənbə axşamı (2 193 zəng) günləri, əsasən, saat 10:00-dan 12:30-dək və 14:00-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin bazar ertəsi (1 100 müraciət) və cümə (833 müraciət) günləri, əsasən, saat 10:00-dan 13:00-dək və 14:00-dan 16:00-dək müraciət edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR