Azərbaycan gömrükçüləri külli miqdarda siqaret müsadirə edib

Azərbaycan gömrükçüləri külli miqdarda siqaret müsadirə edib
# 02 avqust 2016 10:16 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

 

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Sankt-Peterburq-Lənkəran aviareysilə gələn və gömrük əməkdaşları tərəfindən nəzarətə götürülən Azərbaycan vətəndaşı yüklərini rentgen aparatına qoyub oradan keçərkən saxlanılıb və yoxlama otağına dəvət olunub.

 

Yoxlama zamanı, vətəndaşa məxsus üç ədəd çantanın içərisindən əvvəlcədən gömrük orqanına şifahi, elektron və ya yazılı formada bəyan edilməyən, Azərbaycan aksiz markası ilə markalanmayan 3 adda, ümumilikdə 40 min ədəd siqaret aşkar edilərək götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR