Bakı – APA. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Moskvanın Ermənistanı silahla təchiz etməsinin səbəblərini açıqlayıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, o qeyd edib ki, Rusiya Ermənistanın müttəfiqi olduğundan tərəfdaşları ilə razılaşdırdığı silah növlərini tədarük etmək hüququ var.
"Burada heç kim üçün, o cümlədən azərbaycanlı tərəfdaşlarımız üçün gözlənilməz heç nə yoxdur. Bildiyiniz kimi Azərbaycana da silah tədarük olunur", - deyə o vurğulayıb.