Bayden Konqresi tətilə qədər Ukraynaya vəsait ayırmağa çağırıb

Bayden Konqresi tətilə qədər Ukraynaya vəsait ayırmağa çağırıb
# 13 dekabr 2023 03:48 (UTC +04:00)

ABŞ prezidenti Co Bayden Konqresi Milad bayramı başlamazdan əvvəl Ukraynaya dəstək üçün əlavə vəsaitin ayrılmasını təsdiqləməyə çağırıb.

APA-nın məlumatına görə, Amerika lideri ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşündə Kiyevin maliyyələşdirilməsinin davam etdirilməsinin zəruriliyindən danışıb.

Ağ Ev sahibi bildirib ki, dünya hazırda tarixi dönüş nöqtəsindədir. Eyni zamanda, dövlət başçısının sözlərinə görə, hazırda qəbul edilən qərarlar Avropanın və digər regionların gələcək onilliklər üçün gələcəyini müəyyən edə bilər.

"Bu, o məqamlardan biridir - ABŞ Konqresi Putinə edə biləcəyi ən böyük Milad hədiyyəsini verməzdən əvvəl, Ukrayna tətilə getməzdən əvvəl əlavə maliyyələşdirməni təsdiq etməlidir" - Bayden vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR