Bayden Ukraynaya 3 milyard dollarlıq hərbi yardım paketini təsdiqləyib

ABŞ Prezidenti Co Bayden

© APA | ABŞ Prezidenti Co Bayden

# 24 avqust 2022 16:45 (UTC +04:00)

ABŞ Prezidenti Co Bayden Ukraynanın Müstəqillik Günündə Kiyevə təxminən 3 milyard dollarlıq hərbi yardım paketini təsdiqləyib.
APA Ağ Evin saytına istinadən xəbər verir ki, bu barədə Prezident Baydenin Ukraynanın Müstəqillik Günü münasibətilə verdiyi bəyanatda bildirilib.
"Son altı ayda ukraynalılar inanılmaz cəsarəti və azadlıq uğrunda fədakarlığı ilə dünyanı ruhlandırdılar. Onlar Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı qarşısında qətiyyətli və möhkəm dayanıblar. Və bu gün təkcə keçmişin bayramı deyil, həm də Ukraynanın qürurla suveren və müstəqil xalq olaraq qaldığını və qalacağının parlaq təsdiqidir. ABŞ öz suverenliyini müdafiə etmək üçün mübarizəni davam etdirən Ukrayna xalqını dəstəkləməyə sadiqdir. Bu öhdəliyin bir hissəsi olaraq, mən bu günə qədər ən böyük təhlükəsizlik yardımı tranşını elan etməkdən qürur duyuram: Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsü vasitəsilə bu ölkəyə təqribən 2,98 milyard dollar silah və avadanlıq veriləcək. Bu, Ukraynaya hava hücumundan müdafiə sistemləri, artilleriya sistemləri və döyüş sursatları, pilotsuz uçuş aparatları və radarlar əldə etməyə imkan verəcək ki, uzun müddət ərzində özünü müdafiə etməyə davam etsin", ABŞ Prezidentinin bəyanatında qeyd olunub.

ABŞ Prezidenti Bayden vurğulayıb ki, onun ölkəsi hər zaman Ukrayna xalqının yanında olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR