Erməni silahlı bölmələri iriçaplı pulemyotlarla atəşkəsi 15 dəfə pozub

Erməni silahlı bölmələri iriçaplı pulemyotlarla atəşkəsi 15 dəfə pozub
# 06 sentyabr 2016 07:21 (UTC +04:00)

Bakı-APA. Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 15 dəfə pozub.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, işğal altında olan Ağdam rayonunun Mərzili, Qaraqaşlı, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR