SOCAR bu il ərzində DSMF-yə ödənişləri artırıb

SOCAR bu il ərzində DSMF-yə ödənişləri artırıb
# 10 avqust 2016 14:11 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. SOCAR tərəfindən bu ilin iyul ayında dövlət büdcəsinə 127 mln. 110 min manat vəsait ödənilib.

APA-Economics”in SOCAR-a istinadən məlumatına görə, bu, 2015-ci ilin iyul ayı ilə müqayisədə 18 mln. 415 min manat və ya 12,65% azdır.

Ümumiyyətlə, bu ilin yanvar-iyul aylarında büdcəyə 788 mln. 852 min manat vəsait ödənilib ki, bu da ötən ilin yeddi ayı ilə müqayisədə 85 mln. 403 min manat və ya 9,76% az olub.

Bundan əlavə, bu ilin iyul ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 12 mln. 74 min manat vəsait köçürüb. bu, 2015-ci ilin iyul ayı ilə müqayisədə 901 min manat və ya 8,06% çox olub.

Ümumiyyətlə, bu ilin yanvar-iyul aylarında SOCAR tərəfindən DSMF-ə ödəniş 81 mln. 606 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 649 min manat və ya 0,8% çox olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR