NATO baş katibi: “Sərhəd məsələsi Türkiyə ilə Ermənistanın ikitərəfli işidir”

NATO baş katibi: “Sərhəd məsələsi Türkiyə ilə Ermənistanın  ikitərəfli işidir”
# 21 noyabr 2016 09:45 (UTC +04:00)

"Türkiyə və Ermənistan arasında sərhədin açılması iki ölkə arasında olan məsələdir".

APA-nın Türkiyə müxbiri xəbər verir ki, bu sözləri NATO Parlamentar Assambleyasının İstanbulda keçirilən 62-ci sessiyasında NATO-nun baş katibi Yans Stoltenberq sessiyanın bağlanış iclasında Ermənistandan olan millət vəkilinin “Ermənistanın Avropa İttifaqına üzvlüyünə namizəd ölkə olan Türkiyə ilə sərhədinin bağlı olması onun Avropa İttifaqı ilə yaxın əlaqələr yaratmasına əngəllər yaradır. Bu məsələnin həlli barədə nə deyə bilərsiniz” sualına savabında deyib.

Baş katib qeyd edib ki, bu, NATO-nu yox, Türkiyə ilə Ermənistanı maraqlandıran məsələ olduğundan ikitərəfli səviyyədə gündəmə gətirilə bilər: "Ona görə mənim fikir bildirməyimdən söhbət gedə bilməz”.

Qeyd edək ki, noyabrın 19-da başlayan NATO PA-nın 62-ci sessiyasının bağlanış iclasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da çıxış edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR