Ölkə ərazisində faktiki hava açıqlanıb

Ölkə ərazisində faktiki hava açıqlanıb
# 02 noyabr 2016 09:51 (UTC +04:00)

Noyabrın 1-i gündüzdən 2-si səhərədək ölkə ərazisində müşahidə olunan faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir yağış yağıb, bəzi yerlərdə intensiv olub, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağıb.

Düşən yağıntının miqdarı Lənkəran-Astara zonasında və Naxçıvan MR-da 1-11, Böyük Qafqazda 1-15, Qazax-Gəncə zonasında 2-29, Mərkəzi-Aran rayonlarında 2-13, Kiçik Qafqazda 28-44, Bakıda və Abşeron yarımadasında 1-9 mm olub.

Qar örtüyünün hündürlüyü Kirəndə (Tovuz) 55, Qaraqollarda (Daşkəsən) 52, Alaxançallıda (Daşkəsən) 30, Gədəbəydə 42, Qalakənd (Gədəbəy), Daşkəsəndə 40, Sarıbaşda 30, Zəyəmçayda (Tovuz) 17, Xınalıqda 14, Göygöldə 8, Çaykənddə 2, Qubanın dağlıq ərazilərində: Ləzədə 20, Xınalıqda 18, Altıağacda 4, Xaltanda 2, Qonaqkənd, Nohurdüz, Susayda 6, Rükdə 8 sm təşkil edib.

Şimal-qərb küləyi əsib, ayrı-ayrı rayonlarda arabir güclənib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR