Bakı. Yeganə Laçınzadə - APA-Economics. “AtraBank” ASC ABŞ dollar ilə olan kreditlərin restrukturizasiyası prosesinə başlayıb.
“APA-Economics”in verdiyi xəbərə görə, bank tərəfindən milli valyutanın məzənnəsinin dollara nisbətən dəyişməsi ilə əlaqədar olaraq borcalanlar tərəfindən kredit ödənişlərinin gecikdirilməsi hallarının qarşısını almaq məqsədilə dollarda verilmiş kreditlərin restrukturizasiyası (ödəniş müddətinin və kredit faizlərinin dəyişdirilməsi) prosesinə start verilib.
"AtraBank”dan xarici valyutada kredit götürmüş müştərilərlə, kreditlərin restrukturizasiyasının şərtlərinin razılaşdırılması, kredit və girov müqavilələrinə əlavə və dəyişikliklərin edilməsi məqsədi ilə fərdi qaydada görüşlər keçirir.