İsmayıllı rayonunda iki nəfərin ölümü, iki nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Şamaxı-İsmayıllı yolunda qeydə alınıb.
Bakının Xətai rayon sakini 1976-cı il təvəllüdlü Salmanov Samir Cümşüd oğlunun idarə etdiyi 99-FH-679 dövlət nömrə nişanlı "Mersedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən sürücü idarə etməni itirib və avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü Samir Salmanov və qızı 2001-ci il təvəllüdlü Salmanova Rəhimə Samir qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə zamanı sürücünün həyat yoldaşı 1980-ci il təvəllüdlü Salmanova Elnarə Xəlil qızı və anası 1948-cı il təvəllüdlü Amaliya Salmanova aldıqları ağır xəsarətlər səbəbindən dünyasını dəyişib.
Məlumata görə, ailə üzvləri bu gün keçiriləcək Nar bayramında iştirak etmək üçün Bakıdan Göyçay rayonuna gedirdilər.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.