Blinken Berbokla Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Blinken Berbokla Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
# 16 dekabr 2023 07:19 (UTC +04:00)

ABŞ dövlət katibi Entoni Blinken Almaniyanın xarici işlər naziri Annalena Berbokla Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yazılı açıqlamasında bildirib.

“Tərəflər Qəzza zolağında humanitar problemlərin təcili həlli, mülki şəxslərin müdafiəsi və münaqişənin daha da yayılmasının qarşısının alınması səylərini müzakirə ediblər”, - deyə məlumatda bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR