Blinken Çin XİN rəhbəri ilə Ukraynanı müzakirə edib

Blinken Çin XİN rəhbəri ilə Ukraynanı müzakirə edib
# 31 oktyabr 2022 10:11 (UTC +04:00)

ABŞ dövlət katibi Entoni Blinken və Çinin xarici işlər naziri Van İ arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi internet səhifəsində məlumat yayılıb.

Tərəflər telefon danışığı zamanı ABŞ-Çin münasibətlərini haqda danışıblar.

Blinken həmsöhbəti ilə Rusiya və Ukrayna arasındakı müharibəni, həmçinin bu müharibənin qlobal təhlükəsizlik və iqtisadi stabillik üçün yaratdığı təhlükələr barədə müzakirə aparıb.

Onlar həmçinin Haitidəki humanitar vəziyyətin pisləşməsini və Haiti xalqının dəstəklənməsi üçün koordinasiya olunmuş qarşılıqlı fəaliyyətin davam etdirilməsinə dair fikir mübadiləsi aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR