Kravçuk: “Azərbaycanlı dostlarımızı da Ukraynada yüksək vəzifələrdə görmək istəyirik”

Kravçuk: “Azərbaycanlı dostlarımızı da Ukraynada yüksək vəzifələrdə görmək istəyirik”
# 09 fevral 2016 09:07 (UTC +04:00)

Kiyev. Mübariz Aslanov – APA. Ukraynanın birinci prezidenti Leonid Kravçuk Ukrayna Millətlər Assambleyasının rəhbəri, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev və Ukraynadakı Azərbaycanlıların Ağsaqqallar Şurasının sədri Firudin Məmmədovla görüş keçirib.

APA-nın məlumatına görə, L. Kravçuk bir sıra etnik qrupların, o cümlədən azərbaycanlıların son vaxtlar Ukraynanın siyasi həyatında aktivləşdiklərini deyib. Qafqaz xalqlarından gürcülərin və ermənilərin Ukraynanın hakimiyyət dairələrində yüksək mövqelər tutduqlarını xatırladan L. Kravçuk azərbaycanlıların da vəzifə tutmaları arzusunda olduğunu bildirib: “Azərbaycanlıların sizin timsalınızda Ukraynada kifayət qədər nüfuzu var. Bizim dostların bu ölkədə rəsmi mövqe tutması ancaq Ukraynanın güclənməsinə xidmət edə bilər. Mən və dostlarım bu istiqamətdə sizə hər cür dəstək verməyi qərara almışıq. Təkliflərinizi gözləyirik”.

R. Tağıyev L. Kravçuka təşəkkürünü bildirərək ona assambleyanın və Konqresin fəaliyyət barədə məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR