Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İraqla sərhəddə hərbi kontingenti gücləndirmək niyyətində olduğunu bildirib.
APA-nın "RİA Novosti"-yə istinadən verdiyi xəbərə görə, bunu Ərdoğan Amkarada Cümhuriyyət Gününə həsr olunmuş qəbulda deyib.
Onun sözlərinə görə, İraqın Təl-Əfər şəhərində kompakt yaşayan türkmənlərə qarşı hər-hansı qüvvələr tərəfindən zor tətbiq edilərsə, Türkiyə buna “fərqli cavab” verə bilər.