Referendumda “exit-poll” keçirmək üçün sənəd təqdim edilməsinə ayrılan vaxt başa çatır

Referendumda “exit-poll” keçirmək üçün sənəd təqdim edilməsinə ayrılan vaxt başa çatır
# 04 sentyabr 2016 06:58 (UTC +04:00)

Bakı-APA. Sabah Konstitusiyada dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar “exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün sənəd təqdim etmələrinə ayrılan vaxt başa çatır.

APA-nın məlumatına görə, “Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları”na əsasən səsvermə gününə ən azı 20 gün qalanadək “exit-poll” keçirmək niyyətində olan təşkilatlar akkreditasiya üçün sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər.

Referendumla əlaqədar bu müddət sentyabrın 6-dək olan dövrü əhatə edir. Mərkəzi Seçki Komissiyası sentyabrın 16-dək “exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərar qəbul etməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR