İN “NOW”ASİYA – İndi innovasiya zamanıdır - RƏY

İN “NOW”ASİYA – İndi innovasiya zamanıdır - <span style="color: red;">RƏY
# 17 noyabr 2016 10:18 (UTC +04:00)

Bu həftənin ilk günü Müəllif Hüquqları Agentliyi, Təhsil Nazirliyi, Standartlaşdırma, Patent və Metrologiya üzrə Dövlət Komitəsi və Əqli Mülkiyyət üzrə Ümumdünya Təşkilatının əməkdaşlığı ilə keçirilən seminarda tez-tez işlənən əqli mülkiyyət, innovasiya, patent, marka dəyəri və sair ifadələr dövrün yeni açar sözləridir.

Bu tədbirdə universitet və elmi-tədqiqat müəssisələrinə ünvanlanan əsas çağırışları belə qruplaşdırmaq olar:

- innovasiya ölkələrin inkişaf modellərini dəyişir;

- kreativ iqtisadiyyat daha çox şəbəkə informasiyası (proqram təminatı və məlumat bazaları), innovativ əmlak (patentlər, müəllif hüquqları, dizayn və əmtəə nişanları) və iqtisadi səriştələr (o cümlədən, marka dəyəri, firma üçün spesifik insan kapitalı, bilik və bacarıqlar) kimi biliklərə əsaslanan kapitalla asossasiya olunur;

- İnkişaf etmiş ölkələrdə qeyri-maddi vəsaitlərə qoyulan sərmayələr fiziki kapitala qoyulan sərmayədən çoxdur.

Təhsildə baş verən dəyişikliyə diqqəti cəlb edən nümunə, yeni iqtisadiyyat anlayışı ilə birlikdə ortaya çıxan “rəqəmsal” məfhumudur. Bu anlayış yeni texnologiyaların dərk olunması, mənimsənilməsi və inteqrasiyası ilə bilavasitə əlaqəli şəkildə meydana çıxır. Bu səbəbdən də yüksək texnologiyaların ölkələrarası paylanma bərabərsizliyi artır. Məsələn, bu məhsulların ümumi sənaye məhsullarının ixracındakı payı Sinqapurda 45%, Çində 26%, Fransada 25%, Böyük Britaniyada 22%, ABŞ-da 18% olduğu halda, MDB ölkələrindən Rusiyada 8%, Ukraynada 6% təşkil edir.

Bu rəqəmlərdən də göründüyü kimi, inkişaf etmiş ölkələrin ali təhsil və elmi müəssisələrinin strukturunda innovasiya fəaliyyəti tətbiqlə bağlı uzlaşmanın olması səbəbindən yüksək səviyyədədir.

Yaxşı xəbər budur ki, ölkəmizin artıq bir çox ali təhsil müəssisəsində innovasiya layihələri gerçəkləşdirilir. Strartaplar, biznes inkubasiya mərkəzlərinin yaradılması, əqli mülkiyyət hüquqlarının qorunması tədbirləri, texnopark yaratmaq düşüncəsi genişlənir. Bu miqyasın sürəti hələ kafi hesab olunmasa da, bizim universitetlərin klassik modeli (hələki bəzilərinin) dəyişərək getdikcə yeni innovasiya yaradan mühitə transformasiya edilir.

Təxminən bir il bundan əvvəl “Tomson Röyters” agentliyi ilə qurulan əməkdaşlıq da, bu yaxınlarda “ADA” Universitetində yaradılan Big Data mərkəzi də transformasiyanın ayrı-ayrı həlqələridir.

Həlqələrin birləşərək zəncir olması - sinerji effekti inkişafı müəyyən edir. Bu zəminiyaratmaq üçün muasir təhsildə öyrənmə prosesinin qarsıya qoyulan məqsədə catıb-catmadığını (outcome based) olçən standardlar yaradılır və universitetlərdə tətbiq olunur. Bu da universitetlərin struktur (infrastruktur və idarəetmə keyfiyyəti) və hədəfə çatmaq baxımından yeni dizaynda təsis olunmasını şərtləndirir. Burada əsas məqsəd universitetin verdiyi təhsilin əmək bazarının şərtlərinə müvafiq olması, rəqabətqabiliyyətlilik əmsalını əks etdirə bilməsidir. Həmin tələbat ali təhsil sisteminin keyfiyyətcə dəyişməsi ehtiyacını ortaya qoyur.

Son vaxtlarda Azərbaycan universitetlərinin müəllim və tələbələrinin leksikonunda tez-tez patent, müəllif hüququ, innovasiya, marka dəyəri kəlmələrini eşitməyə başlayırıq. Artıq tələbələrimizin bir çoxu elmin əlçatmaz və abstrakt hadisə deyil, daha emprik və oxuduqları universitetlərin mühitində bölüşə biləcəkləri sərvət olduğunu hiss edirlər. İnnovasiya da bundan başlayır. Özü də indi..

Cəsarət Valehov

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR