“Boavişta” Kamran Ağayev ilə rəsmən yollarını ayırıb

“Boavişta” Kamran Ağayev ilə rəsmən yollarını ayırıb
# 17 aprel 2017 18:40 (UTC +04:00)

Azərbaycan millisinin qapıçısı Kamran Ağayevin “Boavişta”dan kənarlaşdırılması təsdiqlənib.

 

Apasport.az saytının məlumatına görə, bu xəbəri Portuqaliya klubunun rəsmi facebook səhifəsi yayıb.

 

Pireneylilər qapıçı ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyini açıqlayıb.

 

Bununla da martın 26-da keçirilən Azərbaycan – Almaniya oyunundan (1:4) sonra yığmamızın baş məşqçisi Robert Prosineçkinin dedikləri təsdiqlənib. Həmin vaxt xorvatiyalı mütəxəssis Kamranın klubsuz qaldığını açıqlasa da, qapıçı həmin vaxtdan ölkəmizdə qalsa da, “Boavişta” rəsmi məlumat yaymamışdı.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR