Hillari Klinton prezident seçilsə, Cozef Baydenə dövlət katibliyi postunu təklif edəcək

Hillari Klinton prezident seçilsə, Cozef Baydenə dövlət katibliyi postunu təklif edəcək
# 28 oktyabr 2016 08:38 (UTC +04:00)

Demokratlar Ppartiyasından prezidentliyə namizəd Hillari Klinton prezident seçildiyi təqdirdə dövlət katibi postunu ABŞ-ın vitse-prezidenti Cozef Baydenə təklif etmək niyyətindədir.

APA-nın məlumatına görə, bu barədə “Politico” qəzeti öz mənbələrinə istinadən yazıb. Qəzetin xəbərinə əsasən, H. Klinton və onun köməkçiləri C.Baydenə hələlik rəsmi təklif verməyiblər.

Siyahıda bu posta namizəd kimi dövlət katibinin keçmiş müavinləri Uendi Şerman, Bil Berns, Stroub Telbott və Nikolas Berns, dövlət katibinin keçmiş köməkçisi Kurt Kempbel və admiral Ceyms Stavridisin də adı çəkilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR