Astarada narkotik dövriyyəsi ilə məşğul olan İran vətəndaşı və rayon sakin tutulub

Astarada narkotik dövriyyəsi ilə məşğul olan İran vətəndaşı və rayon sakin tutulub
# 25 oktyabr 2016 11:56 (UTC +04:00)

Astara. Ağəddin Babayev – APA. Astara rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan iki nəfər zərərsizləşdirilib. Bu barədə APA-nın cənub bürosuna Astara Rayon Polis Şöbəsinin (RPŞ) istintaq bölməsinin rəisi, polis mayoru Elman Quliyev məlumat verib. Onun sözlərinə görə, İran İslam Respublikasının vətəndaşı, 1978-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Əkbər Cahanbəxş oğlu Şəfəqniya tamah məqsədi ilə narkotik vasitə olan həşiş qətranının satışını təşkil etmək məqsədilə əldə etdiyi 3751,40 qram həşiş qətranını dövlət sərhədinin nəzarət-buraxılış məntəqəsindən kənar ərazidə yerləşən Azərbaycanın Astara rayonunun Züngüləş kəndinə keçərək narkotik maddəni Astara şəhər sakini Əhliman İman oğlu İmanzadəyə verib.

Əməliyyat məlumatına müvafiq olaraq polis əməkdaşları Əhliman İmanzadənin yaşadığı evə gələrək, onun mənzilinin zirzəmisindən 6 bükümdə, ümumi çəkisi 3715,0 qram həşiş qətranını aşkarlayaraq götürüblər. Həmçinin Əkbər Şəfəqniya və Əhliman İmanzadə tutularaq istintaq orqanlarına təhvil verilib.

Araşdırmalardan Əkbər Şəfəqniyanın eyni əməllərə görə 9 il, Əhliman İmanzadənin isə üst-üstə 30 il məhkumluq həyatı yaşadıqları məlum olub.

Astara Rayon Məhkəməsinin qərarı ilə hər iki şəxs barəsində 4 ay müddətinə həbs qəti-imkan tədbiri seçilib.

Faktla bağlı Astara RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR