Əfqanıstanda 97 silahlı məhv edilib

Əfqanıstanda 97 silahlı məhv edilib
# 01 sentyabr 2016 00:18 (UTC +04:00)

Bakı-APA. Son iki sutka ərzində Əfqanıstan ordusunun həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində azı 97 silahlı məhv edilib.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, əməliyyat zamanı Əfqanıstan ordusunun 12 əsgəri həlak olub.

Məlumata əsasən, əməliyyat ölkənin Qilmənd, Kunduz, Baqlan, Paktiya və Zabul əyalətlərində keçirilib.

Qeyd edək ki, son bir neçə ay ərzində Əfqanıstanda vəziyyət gərginləşib. "Taliban" və İŞİD silahlılarının fəallığı daha da artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR