"Sabıs Sun" məktəbinin şagirdləri "Park Bulvar"da məktəb həyatından bir günü canlandırıb

"Sabıs Sun" məktəbinin şagirdləri "Park Bulvar"da məktəb həyatından bir günü canlandırıb
# 25 fevral 2016 06:45 (UTC +04:00)

Bakı. APA-Economics. “Sabıs Sun” beynəlxalq məktəbinin şagird və müəllim heyəti “Park Bulvar” Ticarət Mərkəzində məktəb həyatından bir günü canlandırıblar.

“Sabıs Sun” beynəlxalq məktəbinin daxil olduğu “Azersun Holding”dən “APA-Economics”ə verilən məlumata görə, ticarət mərkəzinin birinci mərtəbəsində qurulmuş stenddə xüsusi məktəb ab-havası yaradılıb.

“Sabıs Sun” beynəlxalq məktəbinin nümayəndələri məktəbin stendinə yaxınlaşan hər bir kəsə məktəbdəki fəaliyyətlər, tədris metodikası, təhsil sistemi haqqında məlumat verib. Tələbə Həyatı Təşkilatının nümayiş etdirdiyi fəaliyyətlər isə “Sabıs Sun” Beynəlxalq Məktəbinin digər təhsil müəssisələrindən fərqini əyani şəkildə nümayiş etdirib. Arzu edənlər müsabiqə şəklində təşkil edilən bu fəaliyyətlərdə iştirak edə bilərdi. Qaliblər “Sabıs Sun” beynəlxalq məktəbindən hədiyyəyə layiq görülüblər.

2015-ci ildən etibarən Azərbaycanda fəaliyyət göstərən “Sabıs Sun” Beynəlxalq Məktəbi qlobal “Sabis” təhsil sistemini təqdim edir. ABŞ, Böyük Britaniya, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri və Rumıniyanın arasında olduğu dünyanın 16 ölkəsində 60 beynəlxalq məktəbin daxil olduğu “Sabis” beynəlxalq təhsil sistemi nailiyyət qazanmağa tam hazır olan, hərtərəfli şəxsiyyətlər yetişdirir.

“Dreamland” ərazisində yerləşən “Sabıs Sun” beynəlxalq məktəbi 67 000 kvadrat metr sahəni əhatə edir. Məktəbdə inzibati və xidmət binaları ilə yanaşı məktəbəqədər təhsil müəssisəsi, ibtidai məktəb binası, açıq və qapalı idman meydançaları, aşağı və yuxarı siniflər üçün üzgüçülük hovuzları, olimpiya standartlarında futbol stadionu, eləcə də şagirdlərin dərsdən kənar səmərəli vaxt keçirmələrini təmin etmək üçün tamaşa salonu və Şagird Həyatı Təşkilatı fəaliyyət göstərir.

Məktəb öz məzunlarını beynəlxalq imtahan sistemlərinə hazırlamaqla yanaşı, onları həm də dövlət attestatı ilə təmin edir.

1 mart tarixindən etibarən “Sabıs Sun” Beynəlxalq Məktəbində 2016-2017-ci tədris ili üçün uşaq baxçası və 1-ci sinifdən 9-cu sinfə qədər qeydiyyat başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR