Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Astaraçay körpüsünün tikintisi ilə bağlı işlərin 90%-i görülüb". "APA-Economics" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib.
Onun sözlərinə görə, bir ay sonra körpünün Azərbaycan tərəfindən tam birləşməsi başa çatacaq: "Bu günə olan məlumata əsasən, 8,3 kilometrlik yolun 7 kilometrindən işlər tam bitib. Körpünün bütün dayaqları yerindədir, yanaşma zolağının tikintisi yekunlaşıb".
C. Qurbanov qeyd edib ki, bu yol həm Rusiya, həm İran, həm də Azərbaycana böyük dividendlər gətirəcək.