Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının təsis etdiyi şəhid rejissor Vaqif Əhmədov adına təqaüd təqdim edilib. Kinostudiyadan APA-ya verilən məlumata görə, təqaüd Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rejissorluq fakültəsinin 4-cü kurs tələbəsi Günel Qafarovaya təqdim edilib.
Vaqif Əhmədov adına təqaüd “Azərbaycanfilm” kinostudiyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti arasında imzalanan birgə əməkdaşlıq haqqında niyyət protokolu əsasında təsis edilib.
Təşəbbüsün əsas məqsədi peşəkar kino məktəbinin istedadlı davamçılarını aşkar etmək, iddialı tələbələrə dəstək olmaqdır.
Təqaüdçülərin adlarını təqdim etmək ADMİU-nun elmi şurasına həvalə olunub.