Ekvadorda prezidentliyə namizədin öldürülməsindən sonra fövqəladə vəziyyət elan olunub - YENİLƏNİB

Ekvadorda prezidentliyə namizədin öldürülməsindən sonra fövqəladə vəziyyət elan olunub - YENİLƏNİB
# 10 avqust 2023 11:10 (UTC +04:00)

Ekvador Prezidenti Gilyermo Lasso prezidentliyə namizəd Fernando Villavisensionun qətlə yetirilməsi ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.

APA xəbər verir ki, bu barədə Ekvador Prezidenti “Youtube” kanalı vasitəsilə xalqa müraciətində bildirib.

O, Silahlı Qüvvələrin vətəndaşların təhlükəsizliyinin və ölkədə əmin-amanlığın təmin olunması, azad, demokratik seçkilərin keçirilməsi üçün səfərbər olunduğunu deyib.

Fövqəladə vəziyyət rejimi 60 gün davam edəcək.

Prezident Lasso 3 günlük milli matəm elan olunması barədə Fərman da imzalayıb.

Qeyd edək ki, Fernando Villavisensio avqustun 9-da paytaxt Ekvadorda seçkiqabağı tədbirdə qətlə yetirilib. Hadisə zamanı daha 9 nəfər yaralanıb. Ölkənin Baş Prokurorluğundan bildirilib ki, hadisəni törətməkdə təqsirli bilinənlərdən biri atışmada öldürülüb.

Ekvadorda növbədənkənar prezident və parlament seçkiləri avqustun 20-də keçiriləcək.

Sorğuların nəticəsinə görə, Fernando Villavisensio populyarlığına görə 4-5-ci yerləri tuturdu.

***

09.49

Ekvador prezidentliyinə namizəd Fernando Villavisensionu qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

APA "RBK"ya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

Onun təhlükəsizlik qüvvələrinin açdıqları atəş nəticəsində yaralandığı bildirib.

Prokurorluğun ağır cinayətkarlıqla mübarizə şöbəsinə aparılan şəxs orada ölüb.

***

07:16

Ekvador prezidentliyinə namizəd Fernando Villavisensio seçkiqabağı görüşdən sonra naməlum şəxslər tərəfindən öldürülüb.

APA xəbər verir ki, onun ölüm xəbərini hazırkı dövlət başçısı Gilermo Lasso təsdiqləyib.

"Onun xatirəsi və mübarizəsi naminə sizi əmin edirəm ki, bu cinayət cəzasız qalmayacaq. Yaxın bir neçə dəqiqə ərzində Təhlükəsizlik Şurası prezident sarayında toplaşacaq", - dövlət başçısı X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR