Türkiyənin İzmit şəhərində Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

Türkiyənin İzmit şəhərində Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib
# 25 fevral 2016 23:29 (UTC +04:00)

İzmit. Etibar Məmmədov - APA. Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar Türkiyənin İzmit şəhərində anım tədbiri keçirilib.

APA-nın İzmitdə olan müxbirinin verdiyi məlumatına görə, "Xocalı Şəhidləri Anıtı" abidəsinin yerləşdiyi parkda keçirilən görüşdə çıxış edən Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının rəhbəri Bilal Dündar iki ölkə arasında münasibətlərinə toxunaraq bildirib ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı, qardaş ölkə yoxdur və bu qardaşlığa əsaslanaraq ən çətin günlərdə belə bir-birinə dəstək verirlər. Dağlıq Qarabağın işğalı, Xocalıda ermənilərin törətdiyi soyqırımına toxunan B. Dündar bu faciəyə ədalətli qiymət veriləcəyini deyib: "Tarixə diqqət yetirsək görərik ki, əsrin əvvəllərində türklərin başına çox zülmətlər gətirilib. Ermənilər dəfələrlə azərbaycanlılara qarşı soyqırımı həyata keçirib. Xocalıda 613 insan bir gecədə işgəncə ilə qətlə yetirilib. Biz bu tarixi unutmamalıyıq və hər zaman düşmənimizi tanımalıyıq".

Millət vəkili Qənirə Paşayeva çıxışında Xocalının yer üzündən silinən bir türk yurdu olduğunu vurğulayıb. Onun sözlərinə görə, insanlıq faciəsi olan Xocalı soyqırımının günahkarları ədalət qarşısında cavab verməyib, Ermənistanda rahat-rahat gəzirlər: "Onlar eyni zamanda soyqırımı PKK, PYD kimi terror təşkilatlarına dəstək verərək, onları türklərə qarşı istifadə edirlər. Buna görə də gənclərimiz düşmənimizi tanımalı və onunla mübarizə aparmaq üçün çalışmalı, birləşməlidirlər. Bütün türk dünyası bu işdə birləşməlidir. Arzu edirəm ki, bu soyqırımın növbəti ildönümü Xocalısız olmasın".

İzmit bələdiyyəsi başqanının yardımçısı İbrahim Bulud Azərbaycan xalqına başsağlığı verərək, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.

Daha sonra Xocalıda amansızlıqla qətlə yetirilən şəhidlərin ruhuna dualar oxunub, abidənin önünə qərənfillər düzülüb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR