Bakıda mənzildən meyit tapılıb

Bakıda mənzildən meyit tapılıb
# 23 yanvar 2016 15:13 (UTC +04:00)

Bakı – APA. Bakıda mənzildən meyit tapılıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə paytaxtın Nərimanov rayonunda mənzildə bir nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıblar. Onlar 1946-cı il təvəllüdlü Yermakova Yevgeniya Alekseyevnanın cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR