Rio-2016: Azərbaycan boksçuları mübarizəyə başlayır

Rio-2016: Azərbaycan boksçuları mübarizəyə başlayır
# 06 avqust 2016 05:20 (UTC +04:00)

Bakı-APA. Rio-2016-da bu gün kişi boksçuların yarışlarına start veriləcək.

Apasport.az saytının məlumatına görə, Olimpiadaya tam heyətlə yollanan yığmamızın heyətində ilk gündə Rüfət Hüseynov debüt edəcək.

49 kq çəki dərəcəsində rinqə çıxacaq həmyerlimiz ilk döyüşünü Matias Hamunyelaya (Nambiya) qarşı keçirəcək. Çinin Nanjinq şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında çempion olan Hüseynov qalib gələrsə, 1/8 finalda Birjan Jakipovla döyüşəcək.

Boksçumuzun 1/16 final döyüşü Bakı vaxtı ilə saat 00:15-də başlayacaq.

Qeyd edək ki, yığmamız Rioda 10 kişi, 1 qadın boksçu ilə təmsil olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR