Enerji sistemində baş verən qəzaya ilə əlaqədar Tacikistan ərazisinin 90% işıqsız qalıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hazırda qəzanın səbəbləri müəyyənləşdirilir.
İlkin məlumata görə, elektrik enerjisinin kəsilməsinə paytaxt Düşənbədən 100 km şərqdə yerləşən Nurek SES-da yaranan nasazlıq səbəb olub.
Elektrik enerjisinin kəsilməsi yaşayış evləri, müəssisələri, küçələri işıqsız qoyub, yollarda işıqforlar işləmir.