Havay adalarındakı meşə yanğınlarında 53 nəfər ölüb - YENİLƏNİB

Havay adalarındakı meşə yanğınlarında 53 nəfər ölüb - YENİLƏNİB
# 11 avqust 2023 04:03 (UTC +04:00)

Havay adalarında baş verən meşə yanğınlarında 53 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “Hawaii News Now” məlumat yayıb.

"Yanğının söndürülməsi üçün davam edən işlər çərçivəsində daha 17 nəfərin öldüyü təsdiqlənib. Bununla da ölənlərin sayı 53-ə çatıb", - məlumatda deyilir.

Bundan əvvəl 36 nəfərin öldüyü barədə məlumat daxil olmuşdu.

***

11.08.2023

Saat 13:36

Havay adalarındakı meşə yanğınlarında 30-dan çox insan həyatını itirib.

APA xəbər verir ki, bu barədə “Hawaii News Now” məlumat yayıb.

Qeyd olunub ki, güclü yanğınlar Havay adalarındakı ən məşhur turistik zona olan Lahaina şəhəri də daxil olmaqla, bir çox yaşayış məntəqələrini məhv edib.

Son məlumatlara əsasən, meşə yanğınları nəticəsində 36 nəfər ölüb, onlarla insan xəsarət alıb, bəzilərinin vəziyyəti ağırdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR