Güclü külək Ucar rayonunda bir sıra fəsadlar törədib

Güclü külək Ucar rayonunda bir sıra fəsadlar törədib
# 09 may 2017 16:09 (UTC +04:00)

Bu gün gündüz saatlarında başlayan güclü külək Ucar rayonunda bir sıra fəsadlar törədib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, külək nəticəsində elektrik enerjisinin təchizatında problem yaranıb. Bundan başqa güclü külək kəndlərdə meyvə ağacları kökündən çıxarıb.

 

Ucar Paylayıcı Elektrik Şəbəkəsindən bildirilib ki, elektrik enerjisinin təchizatında fasilə güclü külək nəticəsində rayonun əksər yaşayış məntəqələrində elektrik naqillərinin qırılması səbəbindən baş verib. Hazırda problem yaranmış ərazilərdə təmir-bərpa işləri aparılır. Yaxın saatlarında rayonun bütün yaşayış məntəqələri elektrik enerjisi ilə tam təchiz olunacaq.                                       

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR