Kolumbiya hərbçiləri 2,4 tonluq kokain qaçaqmalçılığının qarşısını alıb

Kolumbiya hərbçiləri 2,4 tonluq kokain qaçaqmalçılığının qarşısını alıb
# 13 sentyabr 2021 08:10 (UTC +04:00)

Kolumbiya hərbçiləri əməliyya zamanı 2,4 ton kokaini ələ keçirib. Bunun ilin əvvəlindən bəri müsadirə olunan ən böyük narkotik qaçaqmalçılığı olduğu bildirilir.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Dieqo Molano bildirib.

“İlin əvvəlindən bəri ən böyük kokain partiyasını gəmi göyərtəsində ələ keçirə bildik. Onun ağırlığı 2,4 tonu keçir”, - deyə nazir “Twitter” səhifəsində yazıb.

Nazirin sözlərinə görə, kokain “Körfəz klanı” cinayət qrupuna məxsusdur. Partiyanın dəyəri 80 milyon dollar olaraq qiymətləndirilir.

Bildirilir ki, narkotik maddə olan gəmi San-Andres adasından 300 km aralıqda aşkar edilib. Hərbçilər gəmidə dördü kolumbiyalı olan 5 nəfəri saxlayıblar.

Kolumbiya Donanmasının məlumatına görə, ilin əvvəlindən bəri ümumilikdə 235 ton kokain müsadirə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR