Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyevin Davosda TOTAL şirkətinin baş icraçı direktoru Patrik Puyanne ilə görüşü olub.
APA-nın məlumatına görə, görüşdə Azərbaycanla TOTAL arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.
Söhbət zamanı “Abşeron” qaz yatağının işlənilməsi və digər layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.