Meksika sahillərində 6 bal gücündə zəlzələ baş verib

Meksika sahillərində 6 bal gücündə zəlzələ baş verib
# 23 dekabr 2021 05:17 (UTC +04:00)

Meksikanın cənub-qərb sahillərində 6 bal gücündə zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri 203,3 mindən çox əhalisi olan Puerto-Vallarta şəhərindən (Xalisko ştatı) 286,9 km cənub-qərbdə yerləşib. Zəlzələnin episentri 10 km dərinlikdə yerləşib.

Dağıntılar və sunami təhlükəsi barədə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR