Meksikada jurnalistlərin qətlə etiraza səbəb olub

Meksikada jurnalistlərin qətlə etiraza səbəb olub
# 27 yanvar 2022 07:03 (UTC +04:00)

Meksikada son 2 həftədə 3 jurnalistin qətlə yetirilməsi etirazlara səbəb olub.

APA-nın xəbərinə görə, media nümayəndələri iş yerlərinin qarşısında toplanaraq son hadisələrə etirazlarını bildiriblər. Jurnalist Ludr Maldonado yanvarın 23-də Tixuana şəhərində evinin yaxınlığında avtomobilində olarkən silahlı şəxslər tərəfindən güllələnib. Yanvarın 17-də isə fotomüxbir Marqarito Martinez Ezqivel yenə eyni şəhərdə qətlə yetirilib. Verakruz ştatında itkin düşən jurnalist Luis Qamboa Arenasın isə bıçaqlanaraq öldürüldüyü məlum olub. Jurnalistləri Qoruma Komitəsinin (CPJ) hesabatına görə, Meksika jurnalistlərə qarşı şiddət tətbiq olunan və bu cür hadisələrin ölümlə nəticələndiyi ən təhlükəli ölkələrdən hesab olunur. Ölkədə 2000-ci ildən bu yana 148 jurnalist qətlə yetirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR