Meksikada şənliyə silahlı hücum olub, altı nəfər ölüb

Meksikada şənliyə silahlı hücum olub, altı nəfər ölüb
# 30 dekabr 2023 06:41 (UTC +04:00)

Meksikada silahlı hücum olub.

APA xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Syudad Obreqon şəhərində baş verən hücumda bir neçə nəfər öldürülüb, onlarla insan yaralanıb.

Məlumata görə, hadisə Kajeme qəsəbəsindəki şənlikdə baş verib.

Mərasim zamanı 3 silahlı şəxs evə hücum edib.

Hadisə zamanı 6 nəfər həyatını itirib, 4-ü ağır olmaqla 26 nəfər yaralanıb. Xəsarət alanlardan 2-nin yaşının 18-dən az olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR