“Bank VTB (Azərbaycan)” məcmu kapitalını artırmaq üçün subordinasiya krediti cəlb edib

“Bank VTB (Azərbaycan)” məcmu kapitalını artırmaq üçün subordinasiya krediti cəlb edib
# 26 may 2015 07:47 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Bank VTB” törəmə bankı “Bank VTB (Azərbaycan)”a 300 mln. rubl (6,2 mln. manat) həcmində 7 illik subordinasiya krediti ayırıb.

Bu barədə “APA-Economics”ə bankdan məlumat verilib.

“Cəlb olunmuş vəsait bank “Bank VTB (Azərbaycan)”ın hər zaman baş ofisi tərəfindən dəstəkləndiyinin göstəricisidir. Məcmu kapitalın artırılması biznesin inkişaf templərini dəstəkləməyə və kreditləşmə imkanlarını artırmağa kömək edəcək”, - deyə bankın İdarə Heyətinin sədri Yuri Yakovlev bildirib.

Qeyd edək ki, “Bank VTB (Azərbaycan”) ASC “VTB Bank” ASC-nin törəmə bankıdır. “Bank VTB (Azərbaycan)” ASC-nin səhmdarları: “VTB Bank” ASC və “AtaHolding” ASC-dir.

“Bank VTB (Azərbaycan)” ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 14 filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR