Şəmkir. Azər Məmmədli – APA. Şəmkir rayonunda intihara cəhd olub.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, Seyfəli kənd sakini, 1980-ci il təvəllüdlü Xatirə Abışova ağır zəhərlənmə əlamətləri ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə X. Abışova intihar məqsədi ilə çoxlu sayda dərman həbi qəbul edib.