Rio-2016: Azərbaycan boksçusu Olimpiadanın gümüş medalını qazanıb

Rio-2016: Azərbaycan boksçusu Olimpiadanın gümüş medalını qazanıb
# 21 avqust 2016 20:25 (UTC +04:00)

Bakı-APA. Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil edilən Yay Olimpiya Oyunları çərçivəsində Azərbaycan boksçusu Lorenzo Sotomayor final görüşünü keçirib.


APA-nın məlumatına görə, 64 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finalda Özbəkistan təmsilçisi Fazliddin Qaybnəzərov ilə qarşılaşıb. Bunadək bütün rəqiblərini məğlub edən Lorenzo Sotomayor bu dəfə qələbə qazana bilməyib – 1:2.


Beləliklə, Azərbaycan Rio Olimpiadasında daha bir gümüş medal qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR