Bu ilin I rübündə "Azərbaycan Sənaye Bankı" ASC-nin aktivləri 2017-ci ilin sonuncu rübü ilə müqayisədə 4,25% azalaraq 904,996 mln. manata çatıb.
"APA-Economics" xəbər verir ki, hesabat dövründə bankın kredit portfeli 9,4% azalaraq 270,725 mln. manat olub.
Yanvar-mart ayları ərzində bankın cəmi öhdəlikləri 4,86% azalaraq 813,283 mln. manat olub.
Bankın depozit portfeli 6,74% azalaraq 586,287 mln. manat təşkil edib.
Bankın nizamnamə kapitalı dəyişməz olaraq 60 mln. manat səviyyəsində qaldığı halda, məcmu kapitalı 1,83% artaraq 85,515 mln. manat olub.
"Azərbaycan Sənaye Bankı" I rübü 1 mln. 689,26 min manatlıq xalis mənfəətlə başa vurub.