Bakı. Mübariz Aslanov - APA. “Dağlıq Qarabağ münaqişəsinin uzanması, xüsusilə cəbhə xəttində son günlər baş verən gərginlik bizi olduqca narahat edir”.
APA-nın xəbərinə görə, bunu Azərbaycanda səfərdə olan ATƏT Parlament Assambleyasının sədr müavini Georgi Sereteli deyib.
G. Sereteli qeyd edib ki, buna baxmayaraq ATƏT-in Minsk qrupu münaqişənin sülh yolu ilə nizamlanması ilə məşğuldur: “Bizim Azərbaycanla əməkdaşlığımızda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli başlıca elementlərdən biridir. Budəfəki səfərimiz zamanı müzakirə olunacaq əsas mövzulardan biri məhz bu olacaq”.
ATƏT PA-nın sədr müavini: "Azərbaycanla əməkdaşlığımızda Qarabağ münaqişəsinin sülh yolu ilə həlli başlıca elementlərdən biridir"
