Xınalıqda dağda köməksiz qalmış rusiyalı turist qadın helikopterlə xilas edilib - YENİLƏNİB

Xınalıqda dağda köməksiz qalmış rusiyalı turist qadın helikopterlə xilas edilib - <span style="color: red;">YENİLƏNİB
# 03 sentyabr 2016 09:52 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Quba rayonunun Xınalıq kəndi ərazisində dağlıq ərazidə köməksiz qalmış rusiyalı turist qadın xilas edilib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Rusiya vətəndaşı, 1978-ci il təvəllüdlü Kuliniç Svetlana Yevgenyevna Azərbaycan Fövqəladə Hallar Nazirliyinin helikopteri ilə ərazidən götürülüb.

Xilas edilən turist APA-ya bildirib ki, bir turistə bu qədər diqqət ayrılacağını gözləmirmiş: "Azərbaycana avqustun 30-da, Xınalığa isə sentyabrın 1-də gəldim. Bir gün qalmağı planlaşdırırdım. Gecə güclü yağış yağdı. Səhər gördük ki, körpü dağılıb qayıtmaq mümkün deyil. Mənə bildirdilər ki, bir neçə gün gözləməliyəm ki, yol açılsın. Düzünü desəm, bir turistə bu qədər diqqət ayrılacağını gözləmirdim. Hələ də inana bilmirəm”.

***

saat 11.15

Xaçmaz. Vəli Turan - APA. Quba rayonunun Xınalıq kəndinə gələn turist dağlıq ərazidə köməksiz qalıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, şimal bölgəsinə yağan güclü yağış nəticəsində kəndə gələn yolu sel apardığından Rusiya vətəndaşı, 1978-ci il təvəllüdlü Kuliniç Svetlana Yevgenyevnanın qayıtması mümkünsüz olub.

Onun ərazidən götürülməsi üçün Azərbaycan Fövqəladə Hallar Nazirliyinin helikopteri cəlb olunub.

Hazırda xilasetmə əməliyyatı davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR