Dövlət Miqrasiya Xidmətində Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Dövlət Miqrasiya Xidmətində Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb
# 26 fevral 2016 15:57 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Dövlət Miqrasiya Xidmətində (DMX) Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb.

Xidmətdən APA-ya verilən məlumata görə, DMX rəisinin birinci müavini, baş miqrasiya xidməti müşaviri Vəli Nağıyev Xocalı soyqırımı haqqında məruzə ilə çıxış edib. Bildirilib ki, XX əsrin faciəsi olan - Xocalı faciəsi terroru rəsmi dövlət siyasətinə çevirən Ermənistanın Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağda erməni quldur birləşmələri keçmiş sovet ordusuna məxsus 366-cı alayın əsgər və zabitləri ilə birlikdə Xocalı şəhərini yerlə-yeksan edib, dinc əhalini, xüsusilə uşaqları, qadınları, qocaları, ağlasığmaz vəhşiliklə qətlə yetiriblər.

Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülmüş işlərə, bir çox dövlətlərin qanunverici orqanlarında Xocalı soyqırımının tanınması ilə bağlı qəbul olunan qətnamələrə diqqət çəkilib.

Daha sonra Xocalı soyqırımından bəhs edən sənədli film nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR