Paraqvayın ən böyük həbsxanasında iğtişaş baş verib

Paraqvayın ən böyük həbsxanasında iğtişaş baş verib
# 11 oktyabr 2023 12:53 (UTC +04:00)

Paraqvayın ən böyük həbsxanasında iğtişaş baş verib.

APA “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Enrike Riera (Enrique Riera) bildirib.

Paraqvayın ən böyük həbsxanası olan Takumbu həbsxanasında məhbuslar qiyam qaldıraraq, 11 gözətçini girov götürüb və yanğın törədiblər.

Girovlardan ikisi artıq azad edilib. Hadisə zamanı iki polis əməkdaşı yaralanıb.

Qeyd olunub ki, 4000-ə yaxın məhbusun yerləşdirildiyi Takumbu həbsxanasında baş verən qiyam tam yatırılandan sonra ölkənin ədliyyə sistemində islahatların aparılması gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR